XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

24 İyul 2019 - 13:32

Ceremi Hant yeni hökumətdəki vəzifədən imtina edib

Böyük Britaniya xarici işlər naziri Ceremi Hant yeni baş nazir Boris Consonun hökumətdə müdafiə naziri kürsüsü təklifini qəbul etməyib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bununla da C.Hant hökumətdə qalıb-qalmaması məsələsini sual altında qoyub.

Xatırladaq ki, dünən iqtidardakı Mühafizəkar Partiyasının yeni lideri seçilmiş Boris Conson bu gün rəsmi olaraq baş naziri kürsüsünə əyləşərək 13 iyul 2016-cu il tarixindən həmin vəzifəni tutmuş Teresa Meyi əvəzləyib.