XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

24 İyul 2019 - 19:16

Etirazçılar Britaniyanın yeni Baş Nazirinin kortejinin qarşısını kəsib- FOTO

Böyük Britaniyanın yeni Baş Naziri Boris Conson kraliça II Yelizaveta ilə görüşmək üçün Bukingem Sarayına yola düşüb.

APA-nın London bürosunun verdiyi xəbərə görə, bir qrup şəxs B. Consonun kortejinin qarşısını kəsib.

Polis etirazçıları uzaqlaşdırdıqdan sonra kortej yoluna davam edib.

Qeyd edək ki, B. Conson Britaniya kraliçası ilə görüşdükdən sonra rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq və yeni hökumət kabinetini yaradacaq.