XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2019 - 16:19

Ukrayna Rusiyaya məxsus tankeri saxlayıb –Səbəb

Ukrayna Milli Təhlükəsizlik Xidməti Odessa yaxınlığında Rusiyaya məxsus “Neyma” tankerini saxlayıb.

Buna səbəb adıçəklilən gəminin ötən il noyabrın 18-də Kerç boğazında Ukrayna gəmilərinin yolunu bağlamasıdır.

Ukrayna Milli Təhlükəsizlik Xidməti Hərbi Prokurorluğun nəzarətilə məsələyə dair ilkin istintaq başlayıb.

Qeyd edək ki, ötən il baş verən hadisə zamanı Rusiya Sahil Mühafizəsi 24 ukraynalı dənizçini əsir götürüb. Rəsmi Kiyev hesab edir ki, Rusiya izi itirmək üçün həmin tankerin adını dəyişdirərək “Nika Spirit” qoyub/Report.