XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2019 - 19:26

Liviya sahillərində gəmi qəzaya uğradı –150 nəfərin öldüyü ehtimal olunur

Liviya sahillərində qəzaya uğrayan gəmidə 150 nəfərin öldüyü ehtimal olunur.

Bu məlumatı BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi verib.

Məlumatda bildirilir ki, gəmidə olan daha 150 nəfəri xilas etmək mümkün olub.

Bundan əvvəl də BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının “Twitter” səhifəsində qanunsuz miqrantları daşıyan gəminin Liviyanın Homs şəhərinin sahillərində qəzaya uğradığı bildirilib.

Əlavə edilib ki, bu qəza nəticəsində 100-dən çox insan həlak olub, 140 miqrant isə xilas edilərək sahilə çatdırılıb/Azərtac.