XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2019 - 21:01

Tunisdə prezident seçkilərinin vaxtı dəyişdirilib- Ölkə başçısının vəfatı ilə bağlı

Tunisdə noyabrın 17-də keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin vaxtı dəyişdirilib. Buna səbəb Tunisin Prezidenti Beji Kaid əs-Sebsinin vəfat etməsidir.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Tunis Ali Seçki Komissiyasının rəhbəri Nebil Bifun məlumat verib. Onun sözlərinə görə, seçkilərin 90 gün ərzində keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda Tunis Prezidentinin səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Məhəmməd Nasir icra edir.