XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2019 - 20:42

Rusiyada “BMW”, “Hyundai” və “Kia” avtomobilləri istehsal ediləcək- Vaxt açıqlandı

Rusiyanın “Avtotor” zavodu 2020-ci ilədək ildə 50 min xarici avtomobil istehsal edəcək yeni zavod tikəcək.

Azərtac TASS agentliyinə istinadla xəbər verir ki, Kalininqrad vilayətində inşa ediləcək müəssisədə “Avtotor”un əsas tərəfdaşları olan “BMW”, “Hyundai” və “Kia” avtomobillərinin istehsalı planlaşdırılır.

Zavod 32 hektarlıq sahədə, “Avtotor”un fəaliyyət göstərdiyi ərazinin yaxınlığında yerləşəcək. Burada, həmçinin hər biri 25 min avtomobil buraxacaq 2 universal yığma xətti olacaq.

Yeni zavodun neçəyə başa gələcəyi hələlik açıqlanmır.