ABŞ dövlət katibi Mayk Pompeo ehtiyac olarsa danışıqlar üçün Tehrana getməyə hazır olduğunu bildirib.
O, bu barədə “Bloomberg”ə açıqlamasında deyib.
“Əlbəttə, lazım gələrsə, məmnuniyyətlə gedərəm ora”, – deyə Pompeo bununla bağlı ünvanlanmış sualın cavabında qeyd edib.
Pompeo bildirib ki, ABŞ da İranın XİN rəhbəri Məhəmməd Cavad Zərifi belə bir imkandan məhrum etmir:
“Zərif Nyu-Yorka gələndə onun üçün avtomaşın ayrılır, o, ABŞ-ın ən gözəl şəhərlərindən birini gəzir, KİV-də çıxış edir, Amerika ictimaiyyətinə müraciət edir. O, Amerika radio və televiziyasında İran propaqandasını yeridir”, – dövlət katibi belə deyib. /APA