XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

26 İyul 2019 - 15:49

“Növbəti seçkidə tamamilə başqa bir AKP görəcəksiniz” –Ərdoğan

“Növbəti seçkidə millətimizin qarşısına 22 illik təcrübə və tamamilə başqa bir Ədalət və İnkişaf Partiyası ilə çıxacağıq”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatları sədrlərinin genişləndirilmiş toplantısında bildirib.

O deyib ki, ölkədə növbəti seçkilər 2023-cü ilin aprelində keçiriləcək: “Bütün sahələrdə əhatəli araşdırmalar aparacağıq. İnşallah 4 il sonrakı seçkilərdə millətimizin qarşısına qurulduğu gündəki ovqatla, artıq 22 illik təcrübəyə malik tam başqa bir AK Partiya olaraq çıxacağıq. Özümüzü sürəkli yeniləyərək, təzələyirək keçmişdən gələcəyə qurduğumuz körpünü daha da gücləndirəcəyik. Bütün səviyyələrdə ağrımız elə bir ağrıdır ki, bunu seçki qutularından arzu etdiyimiz nəticəni əldə edə bilməyimiz üçün çəkəcəyik.

Ötən bir əsr boyunca yeniliklər axtardıq. 21-ci əsr yenidən dirilişin, Rəbbimizə və özümüzə dönüşümüzün əsri olacaq.

Bu günə qədər etdiklərimizlə Türkiyəni demokratiya, iqtisadiyyat, infrastruktur, daxili və xarici siyasət də daxil olmaqla bütün sahələrdə müstəqil ölkə halına gətirməyi bacardıq. Qarşımızda böyük qələbələr durur”. 

Report