XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2019 - 23:07

Suriyada hava hücumu:103 mülki şəxsi ölüb

Suriya höküməti tərəfindən xəstəxanalara, məktəblərə və bazarlara edilən hava hücumları nəticəsində son 10 gün ərzində 26-sı uşaq olmaqla, 103 nəfər dinc əhali öldürülüb.

“Bunlar mülki obyektlərdir və bu cür hücumların davamlı olmasını nəzarə alsaq, bunların təsadüfən vurulmaması ehtimalı yüksəkdir,” deyə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Rupert Kolvill Cenevrədəki toplantıda deyib.

APA “amerikanınsesi”nə istinadla xəbər verir ki, hökümət aprel ayının axırında Suriyanın şimal-qərbində prezident Bəşər Əsəd qarşı olan üsyançıların son anklavına qarşı hücuma keçməklə atəşkəsi pozub.