XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

27 İyul 2019 - 00:14

Kürdüstan əyalətində terrorçularla atışma:“Sepah” üzvü öldürülüb

Bu gün İranın Kürdüstan əyalətinin Sərvabad şəhər sərhəd bölgəsində İran İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) qüvvələri ilə inqilaba zidd terror qruplaşmaları arasında atışma baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, “Sepah”ın Həmzə Seyidüş-Şühəda Qərargahı məlumat yayaraq bildirib ki, atışma nəticəsində “Sepah” üzvi Seyid Hadi Ocaq aldığı güllə yarasından xəstəxanaya aparılarkən ölüb.

Məlumatda bildirilir ki, atışmada terror qruplaşmasından bir neçə nəfər öldürülüb, bir neçəsi isə yaralanıb.
Terrorçulardan çox sayda silah-sursat götürülüb.

Qeyd olunur ki, terrorçulardan bir neçə nəfəri qaçıb və “Sepah” qüvvələrin həmin terorçuların təqibindədir.