XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2019 - 11:32

Koalisiyanın hava zərbələri nəticəsində Suriya və İraqda 1,3 min insan ölüb- Bəyanat

Birləşmiş Ştatların rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin Suriya və İraqa endirdiyi zərbələr nəticəsində 1,3 mindən çox mülki şəxs ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə alyansın bəyanatında bildirilir.

Məlumata görə, koalisiya qüvvələri 2014-cü ilin avqustundan 2019-cu ilin iyununadək Suriya və İraqda yaraqlıların mövqelərinə 34 min 514 zərbə endiriblər.

“Bu dövr ərzində, komandanlığın qiymətləndirməsinə görə, “Sarsılmaz qətiyyət” əməliyyatı başlayandan koalisiyanın bombardımanı nəticəsində azı 1321 dinc sakin bilmədən həlak edilib”, – deyə məlumatda bildirilir.