XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2019 - 12:41

Meksika sərhədində divar inşa etmək üçün vəsait ayrılmasına icazə verildi- Məhkəmə qərarı

ABŞ Ali Məhkəməsi Meksika sərhədində divar inşa etmək üçün Prezident Donald Trampa Pentaqonun maliyyə fondundan 2,5 milyard dollar vəsait ayrılmasına icazə verib. Məhkəmə dördə qarşı beş səslə bundan əvvəl Kaliforniyadakı federal məhkəmənin dövlət başçısının əleyhinə olan qərarını ləğv edib.

Prezident Tramp hələ 2016-cı ildə, prezident seçkiləri kampaniyasında vətəndaşlara Meksika sərhədində divar inşa etmək vədi vermişdi. Konqresdə demokratların təmsilçiləri isə buna qarşı çıxış edirlər. Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi məhkəmənin qərarını şərh edərkən deyib: “Ali Məhkəmə hərbi məqsədlər üçün nəzərdə tutulan fondun vəsaitinin mənasız, səmərəsiz sərhəd divarına xərclənməsi haqda qərar verib, halbuki, Konqres bunun əleyhinə çıxış edib. Bizim dövlətin qurucuları monarxiya deyil, xalqın idarəçiliyi ilə demokratiya yaradıblar”.

Amerika Vətəndaş Azadlıqları Birliyinin (ACLU) bəyanatında da bildirilir ki, “məhkəmə Trampın sərhəd divarı inşa etmək istiqamətində fəaliyyətini dərhal dayandırmalıdır”. Qeyd olunur ki, Trampın divarı Kaliforniya, Nyu-Meksiko və Arizona ştatlarında uzun illər formalaşmış torpaq, su ehtiyatları və icmaların idarəçiliyə ciddi zərbə vuracaq.

Donald Tramp sərhəd divarının inşası üçün 6,7 milyard dollar vəsait tələb edib. Onun bu təşəbbüsünün əleyhinə demokratlarla yanaşı, ABŞ-ın 20 ştatı da çıxıb(azərtac).