Makedoniya baş naziri Nikola Qruevski istefa verib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Reuters» agentliyi məlumat yayıb.
Baş nazirin səlahiyyətlərini müvəqqəti icra etmək üçün bu posta hakim partiyanın sədri Emil Dmitrievin namizədliyi irəli sürülüb.
Müvəqqəti Nazirlər Kabinetinin əsas vəzifəsi növbədənkənar seçkilərə hazırlaşmaq olacaq. Seçkinin aprelin 24-də keçirilməsi planlaşdırılır.
Baş nazirin istefasına səbəb ölkə daxilində yaranmış siyasi böhrandır. Bir müddət əvvəl müxalifət ölkə nazirləri ilə bağlı kompromat xarakterli materiallar yaymış, bundan sonra Makedoniyada kütləvi etiraz aksiyaları başlamışdı.
Qruevski və ətrafı korrupsiyada, məhkəmələrə təzyiq göstərməkdə, müxalifətçiləri gizli dinləməkdə ittiham olunur.
Baş nazir bu postu 2006-cı ildən bəri tuturdu.