XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

27 İyul 2019 - 14:53

Ukrayna Prezidenti ABŞ-a gedəcək- Rəsmi səfərə

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a rəsmi səfər edəcək.

APA-nın “Ukrinform”a istinadən xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin Ukrayna məsələsi üzrə xüsusi nümayəndəsi Kurt Volker bildirib.

Onun sözlərinə görə, səfərin dəqiq vaxtı yaxın zamanda açıqlanacaq.

“Vladimir Zelenskiyə Donald Tramp tərəfindən dəvət göndərilib. Biz prezidenti ABŞ-da gozləyirik”, – Kurt Volker deyib.

O bildirib ki, hazırda ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Vilyam Teylor Vladimir Zelenskinin komandası ilə gözlənilən səfərin gündəmi üzərində çalışır.