İstanbul Baş Prokurorluğu tərəfindən Türkiyənin 30 şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyatlar keçirilib.
Təşkilata üzv olmaqda şübhəli bilinən 64 nəfərin saxlanılmasına dair qərar verilib. Onlardan 44-ü polis əməkdaşıdır. Əməliyyatlar nəticəsində 47 nəfər artıq saxlanılıb, 17 nəfərin axtarışları isə davam etdirilir(azərtac).