XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 January 2016 - 17:49

“Qərarı birbaşa Baş nazir verəcək”- [color=red]Rusiyadan Türkiyə ilə bağlı yeni açıqlama

"Türkiyəyə qarşı qəbul edilən iqtisadi sanksiyalara yenidən baxılmayacaq".

Bu sözləri Rusiya Baş Nazirliyinin sözçüsü Nataliya Timakova jurnalistlərə açıqlamasında deyib.

“Rusiya Nazirlər Şurası Türkiyəyə qarşı tətbiq edilən iqtisadi sanksiyalarla bağlı dəyişiklik etməyəcək. Ehtiyac olarsa, hökumət xüsusi sanksiyaların tətbiq ediləcəyi şirkətləri müəyyənləşdirəcək. Qərarı da birbaşa Baş nazir verəcək”, – Timakova bildirib.

Qeyd edək ki, “Kommersant” qəzetində yayımlanan məqalədə Rusiyanın 2018-ci ildə ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatı öncəsi bəzi idman müəssisələrinin tikintisinin yarıda qalması səbəbindən Türkiyənin tikinti şirkətlərinə güzəşt ediləcəyi bildirilmişdi(Axar.az).