XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2019 - 18:46

Tunisdə mərhum Prezident Beji Kaid əs-Sebsi ilə vida mərasimi keçirilib- FOTO

Tunisdə mərhum Prezident Beji Kaid əs-Sebsi ilə vida mərasimi keçirilib. Mərasimdə Fransa Prezidenti Emmanuel Makron, Qətər Əmiri Şeyx Tamim bin Hamad Al Tani, İspaniya Kralı VI Felipe, Əlcəzair Prezidenti Abdelkadir Ben Saleh və dünyanın bir çox ölkələrindən gəlmiş qonaqlar, habelə minlərlə tunisli iştirak ediblər.

Azərtac CNN telekanalının saytına istinadla xəbər verir ki, dövlət başçısının Tunisin dövlət bayrağına bürünmüş tabutu Kartage meydanında hərbi katafalkın üzərinə qoyulub və paytaxtın küçələri ilə 10 kilometr aparılıb. Mərhum Prezidentin cənazəsi Tunisin Al Cəllaz qəbiristanlığında torpağa verilib. Tunislilər öz liderini son mənzilə əllərində dövlət bayrağı və dövlət himnini səsləndirərək yola salıblar.

Beji Kaid əs-Sebsinin vəfatından sonra parlamentin spikeri Mohammed Ənnasir ölkənin keçid dövründə başçısı elan olunub. Tunisdə yeni prezident sentyabrın 15-də keçiriləcək seçkilərdə seçiləcək.