Fransa Prezidenti Emmanuel Makron ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş olacaq.
Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Fransa Prezidenti BFM telekanalının canlı efirində jurnalistin sualını cavablandırarkən məlumat verib.
Emmanuel Makron qeyd edib ki, görüş avqustun 19-da Prezidentin yay iqamətgahı olan “Fort de Bregancon”da keçiriləcək.