XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2019 - 09:00

Tramp bu hərəkatı terror təşkilatı kimi tanıyacaq:"Polis öz işini rahat görə biləcək”

ABŞ prezidenti Donald Trampın administrasiyası amerikalı antifaşist hərəkatını terror təşkilatı kimi tanıya bilər.

Bu barədə prezident özünün “Twitter” səhifəsində yazıb.

“Gücsüz adamların başına beysbol dəyənəyi ilə vuran ağılsız və qorxaq sol radikalçıların “ANTIFA” hərəkatının, “MS-13” (ABŞ-da ən təhlükəli cinayətkar qruplaşmalardan biri) və digərlərinin terror təşkilatı kimi tanınmasının mümkünlüyü gözdən keçirilir. Polis öz işini rahat görə biləcək”, – deyə Tramp bildirib. /APA