XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

28 İyul 2019 - 09:15

Yaponiya MN:"Şərqi-Çin dənizindəki ərazilər pilotsuz helikopterlərlə qorunacaq"

Yaponiyanın Müdafiə Nazirliyi özünümüdafiə qüvvələrinin patrul gəmilərini 2023-cü ildən pilotsuz uçan helikopterlərlə təchiz etmək fikrindədir.

Helikopter modellərinin seçimi 2022-ci ildə həyata keçiriləcək. Hələlik bu məqsədlə ABŞ-ın “Northrop Grumman” şirkətinin istehsal etdiyi “MQ-8С Fire Scout” uçan aparatlar gözdən keçirilir.

Bildirilir ki, 12,6 metr uzunluğu olan bu model 5 km yüksəkliyə qalxa və 15 saat havada qala bilir. 2023-cü ildə 3 belə helikopter alınacaq. Növbəti 10 ildə isə onların sayı 20-yə çatdırılacaq.

Ölkənin Müdafiə Nazirliyi həmin helikopterləri Şərqi-Çin dənizində, Tokio ilə Pekinin ərazi mübahisələrinin yarandığı Senkaku adaları ətrafında patrul məqsədi ilə istifadə etmək niyyətindədir. Pilotsuz helikopterlər yeni ağır patrul-mühafizə gəmilərində yerləşdiriləcək. /APA