Əfqanıstanın sülh məsələləri naziri Əbdül Salam Rahimi yaxın iki həftə ərzində radikal “Taliban” hərəkatının üzvləri ilə birbaşa danışıqlara başlayacaqlarını bəyan edib.
Danışıqlar Avropa ölkələrindən birinin paytaxtında aparılacaq.
Rahimi bildirib ki, hazırda rəsmi Kabili təmsil edəcək 15 nəfərdən ibarət danışıqlar qrupunun formalaşdırılması üçün məsləhətləşmələr aparılır. /Report