Nigeriyada silahlıların hücumu zamanı 65 nəfər həlak olub.
Hadisə Borno ştatında baş verib.
“Boko Haram” radikal qruplaşmasının silahlıları motosikletlərlə kəndlərin birinə gələrək yasdan qayından şəxsləri atəşə tutublar.
Onlarla insan yaralanıb/Trend.
Xatırladaq ki, bundan əvvəlki xəbərlərdə qətlə yetirilənlərin 25 nəfər olduğu açıqlanıb.
Qeyd edək ki, “Boko Haram” radikal qruplaşması Nigeriyanın şimal-şərqində və şimalında fəaliyyət göstərir.