XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

29 İyul 2019 - 11:11

Əfqanıstanda vitse-prezidentliyə namizədin ofisinə hücum:20 nəfər öldü, 50 yaralı var

Əfqanıstan vitse-prezidentliyinə namizədlərdən biri Əmrullah Salehin Kabildəki ofisinə ötən gün hücum edən naməlum şəxslərlə atışma zamanı azı 20 nəfər ölüb, 50 nəfər də yaralanıb.

“ToloNews” xəbər verir ki, Salehin və başçılıq etdiyi Milli Hərəkatın qərargahı yaxınlığında əvvəlcə avtomobil partladılıb, daha sonra azı dörd yaraqlı binanı atəşə tutaraq içəri girib.

Partlayış anında təqribən yüzədək tərəfdarı ilə binada olan Ə.Salehin yaralandığı, daha sonra da təxliyyə olduğu bildirilir.

Daxili İşlər Nazirliyindən terrorçulara qarşı altı saatadək davam etmiş əməliyyatda ölənlərdən 16 nəfərin mülki şəxslər, dördünün də hücum edənlər olduğunu bildiriblər.

Qeyd edək ki, Ə.Saleh əvvəllər kəşfiyyat rəhbəri və daxili işlər naziri vəzifələrində çalışıb.

Hələləik bu hücumun məsuliyyətini üzərinə götürən yoxdur/Report.