XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2016 - 07:26

«Airbus» «Boeing»i [color=red]geridə qoydu

Avropanın ən böyük təyyarə istehsalçısı olan Fransanın «Airbus» aviaşirkəti ötən il aldığı sifariş sayına görə ən güclü rəqibi – ABŞ-ın «Boeing» aviaşirkətini qabaqlayıb.

Azərtac “tr.euronews.com” saytına istinadla xəbər verir ki, 2015-ci ildə «Airbus» 1 trilyon dollar məbləğində 1036 ədəd təyyarə istehsal etmək üçün sifariş alıb. Şirkət ötən il 635 təyyarəni istehsal edərək sifarişçilərə göndərib, bu il isə şirkət 650 təyyarə istehsal etməyi hədəfləyib.

Qeyd edək ki, «Boeing» şirkəti 2015-ci ildə 768 təyyarə sifarişi alıb və bunlardan 762 ədədini sifarişçilərə çatdırıb.