XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2016 - 08:33

Prezident müxalifəti [color=red]dialoqa çağırdı

Venesuella prezidenti Nikolas Maduro ölkə parlamentində çoxluğu təşkil edən müxalifəti dialoqa çağırıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə başçısı Venesuellanın tələb etdiyi sülh naminə istənilən həssas mövzu barədə müzakirəyə hazır olduğunu bildirib.

İqtisadi durumdan danışan Maduro 2015-in inflyasiyası ilə bağlı rəqəmləri acınacaqlı adlandırıb. Venesuella Mərkəzi Bankının rəqəmlərinə görə, ötən il inflyasiyanın səviyyəsi 108,7%  olub. 
Ölkə neftinin qiyməti isə 24,2 dollara qədər ucuzlaşıb. Bu da ölkə gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarıb. 

Maduro iqtisadi durumun belə olmasında xarici qüvvələri də ittiham edib: "Mayamidən və Kolumbiyadan valyutaya spekulyativ hücumlar var. Bundan əvvəl bu metoddan Çili və Salvadora qarşı istifadə olunmuşdu".