XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

29 İyul 2019 - 18:03

Almaniyada Müdafiə naziri vəzifəsinə yenə də qadın seçilib- FOTO

Anneqret Kramp-Karrenbauer rəsmən həm Almaniya Xristian-Demokrat İttifaqının (XDİ) rəhbəri, həm də ölkənin müdafiə qurumunun başçısı vəzifəsini icra edəcək.

Azərtac xəbər verir ki, o, bu yaxınlarda qanunvericilik orqanının iclasında and içib. XDİ başçısı vəzifəsinə təyin olunanadək siyasətçi Almaniyanın ən kiçik federal əyaləti olan Saarın hökumət rəhbəri idi.

Cari ilin iyulunda A.Kramp-Karrenbauer onun sələfi Ursula fon der Lyayen Avropa Komissiyasının sədri seçildikdən sonra müdafiə qurumuna rəhbər təyin edilib.