XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

29 İyul 2019 - 21:35

Braziliya həbsxanasında qiyam:50-dən çox dustaq ölüb

Braziliyanın şimalında həbsxanada baş vermiş iğtişaş zamanı 50-dən çox dustaq ölüb.

Bu barədə “Globo” portalı Para ştatının penitensiar xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, Altamira bələdiyyəsi həbsxanasında baş vermiş kütləvi iğtişaş iki kriminal qruplaşma arasında haqq-hesab davasından qaynaqlanıb. Ümumilikdə 52 nəfər öldürülüb, onlardan 16 nəfərinin başı kəsilib. Sonradan insidentin yarandığı məkanda yanğın meydana gəlib ki, nəticədə bəzi dustaqlar tüstüdən boğularaq ölüb.

Məlumata görə, hadisə səhər saatlarından başlayıb, günortaya qədər davam edib. Qiyam qaldıran dustaqlar iki nəzarətçini də girov götürüb, ancaq sonradan azad ediliblər. /APA