Ötən gecə Pakistanda hərbi təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 19-a çatıb.
Azərtac Pakistan mətbuatına istinadla xəbər verir ki, ölənlərin ikisi pilot, üçü ekipaj üzvü olub.
Qəza Ravalpindi şəhəri yaxınlığında təlim uçuşu zamanı baş verib. Təyyarə yerə düşdükdən sonra yanıb və ətrafdakı evlərə ciddi ziyan dəyib.
Hadisənin başvermə səbəbləri haqqında məlumat verilməyib.