XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

30 İyul 2019 - 12:12

İrkutsk vilayətində 475 ev suyun altında qalıb- FOTO

Rusiyanın İrkutsk vilayətində iyulun 27-dn başlayan leysan yağışları və daşqınlar 29 yaşayış məntəqəsində 475 evin suyun altında qalması ilə nəticələnib.

Vilayətin səkkiz rayonu, 2 699 nəfərin, o cümlədən 653 azyaşlının yaşadığı 20 yaşayış məntəqəsi təbii fəlakətlə üz-üzə qalıb. Bundan başqa, 657 bağ evi, iki sosial əhəmiyyətli obyekt, bir avtomobil körpüsü və avtomagistralın üç sahəsi də daşqınlardan zərər görüb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatına görə, leysan yağışları nəticəsində bu ərazidəki 9 çay məcrasından çıxıb, qrunt sularının səviyyəsinin qalxması isə vəziyyəti daha da gərginləşdirib. Bundan başqa, “Sibir” federal trasının Tulun şəhərindən keçən hissəsi bağlanıb, Şelexov rayonunda 456 bağ evini su basıb. Xilasedicilər 2 mindən çox insanı təxliyə ediblər və uşaqlar üçün 12 sağlamlıq düşərgəsindən 1,5 azyaşlı digər ərazilərə köçürülüb(azərtac).