XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 July 2019 - 13:33

Liviyada hərbi əməliyyat başladılıb- Müxalifət qüvvələrinə qarşı

Liviyanın Tripoli şəhərində milli hökumət qüvvələri müxalifət ordusunun komandanı general Xəlifə Həftərin qoşunlarına qarşı geniş hərbi əməliyyata başlayıb.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, Liviya milli hökumətinin hərbi məsələlər üzrə nümayəndəsi Məhəmməd Qanuni müxalifət qüvvələrinə qarşı “Burkan Əl-Qədab” əməliyyatına başlanıldığını deyib. Milli hökumətin məlumatına görə, Xəlifə Həftər qoşunlarının mövqeləri hərbi hava qüvvələri tərəfindən də vurulub. Əməliyyat nəticəsində ölən və yaralananların sayı ilə bağlı dəqiq məlumat yoxdur.

Xatırladaq ki, aprel ayının 4-də general Xəlifə Həftər qoşunları Liviyanın böyük liman şəhəri olan Tripolini ələ keçirmək üçün milli hökumət ordusuna qarşı hərbi əməliyyat keçirmişdi və şəhər yaxınlığında mövqelərini möhkəmləndirməyi bacarmışdı.