Əfqanıstanın Qəndəhar əyalətində bu gün səhər izdihamlı yolun kənarında motosikletin partladılması nəticəsində üç uşaq ölüb, daha 23 nəfər mülki şəxs xəsarət alıb.
“Khamaa Press” xəbər verir ki, xəsarətalanlar arasında da 6 uşaq var.
Digər mənbələr hadisəni törədən şəxsin də öldüyünü bildirir.
Hələlik bu hadisənin məsuliyyətini üzərinə götürən yoxdur/Report.