XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

31 İyul 2019 - 11:00

KXDR yenə naməlum mərmi atışı həyata keçirdi –Mərmilər Yaponiya dənizinə düşüb

Şimali Koreya (KXDR) şərq sahillərindən bir neçə naməlum raket atışını həyata keçirib.

Bu barədə Cənubi Koreyanın Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Mərmilərin Hamgen Namdo əyalətindən atıldığı bildirilir.

Baş Qərargah Rəisləri Komitəsi ordunun dərhal döyüş hazırlığı vəziyyətinə gətirilməsinə göstəriş verib və atışlar nəzarətə götürülüb.

Komitə rəsmiləri qeyd edib ki, ardıcıl iki raket atışları KXDR-in cənub-şərqindəki Vonsan liman-şəhərindən həyata keçirilib. Mərmilər 430 kilometr uçaraq Yaponiya dənizinə düşüb.

Raketlərin mobil nəqliyyat-qurğusundan atıldığını deyən hərbçilər mərmilərin KXDR-in bu ilin mayında atdığı eynitipli marka olduğuna əmindirlər.

Qeyd edək ki, KXDR may ayında bir neçə dəfə qısamənzilli ballistik raketlər atmışdı. /APA