XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

31 İyul 2019 - 11:30

Soçidə Amerika tarakanları peyda olub –Təsadüf, yoxsa bioloji silah?

Rusiyanın Soçi şəhərində qəribə həşəratlar peyda olub.

Soçi Milli Parkının əməkdaşları onların uçan tarakanlar olduğunu deyiblər.

Amerika tarakanları da adlanan həşəratlar çox böyük və ziyanlıdırlar.

Onların uzunluğu bədən hissələrində beş, bığları ilə birlikdə isə doqquz santimetrə qədər çatır.

Tarakanların Soçiyə hansı şəraitdə gəldikləri bəlli deyil. Mütəxəssislər həşəratların təsadüfən yollarını azaraq ora gəldiklərini, ya da terrariumdan (heyvanları saxlamaq, daşımaq üçün xüsusi qəfəs və ya qutular – red.) qaçdıqlarını ehtimal edirlər. Amerika tarakanlarının bioloji silah olması ehtimalı da istisna edilmir.

Olduqca təhlükəli və zəhərli hesab olunan Amerika tarakanları insanlarda allergiya, zəhərlənmə yarada bilər, eyni zamanda həm tikililərə, həm də qidalara zərər verə bilərlər. (Oxu.az)