XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2016 - 18:03

Leonardo Di Kaprio Putin [color=red]olmaq istəyir

Məşhur amerikalı aktyor Leonardo Di Kaprio növbəti filmlərinin birində Rusiya prezidenti Vladimir Putini canlandırmaq istədiyini bildirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Di Kaprio bunu Almaniyanın «Welt am Sonntag» nəşrinə müsahibəsində deyib.

Aktyor Putini canlandırmağın onun üçün həddən artıq maraqlı olacağını bildirib: «Eyni zamanda Lenin və Rasputin də maraqlı olardı. Ümumiyyətlə, Rusiya tarixindən bəhs edən filmlər çox olmalıdır».