XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 July 2019 - 18:15

NATO-nun baş katibi:“Hörmüz boğazında baş verənləri yaxından izləyirik”

“NATO-ya Hörmüz boğazında gəmilərə nəzarətlə bağlı əməliyyatlarda iştirak etmək üçün rəsmi müraciət edilməyib”.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“NATO Hörmüz boğazında əməliyyata başlamaq üçün rəsmi sorğu almayıb. NATO-nun müttəfiqləri regiondakı vəziyyətdən narahatdır, biz situasiyanı yaxından izləyirik və bununla bağlı informasiya mübadiləsi aparırıq. İranla bağlı məsələ iyunda keçirilən NATO Müdafiə nazirlərinin görüşündə də müzakirə olunub”, – NATO baş katibi qeyd edib. /APA