XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

31 İyul 2019 - 19:22

Çinlə ABŞ arasında iqtisadi-ticari məsləhətləşmələr olacaq- Vaxt açıqlandı

Çinlə ABŞ arasında iqtisadi-ticari məsləhətləşmələrin növbəti, sayca 13-cü raundu sentyabr ayında ABŞ-da keçiriləcək.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə tərəflər 30-31 iyul tarixlərində Şanhayda keçirilən 12-ci raunda razılığa gəliblər.

Daha əvvəl iki ölkə liderləri arasındakı razılaşmalara uyğun olaraq “səmimi, qurucu, olduqca səmərəli” dialoqun baş tutduğu qeyd olunan xəbərdə Çinin cari tələbata uyğun olaraq ABŞ-dan kənd məhsulları idxalının artırması məsələsinin müzakirə olunduğu göstərilməklə yanaşı konkret nəticələr bildirilmir.

Eyni zamanda ABŞ ilə aralarında ticarət qarşıdurması üzündən Çin iqtisadiyyatının acınacaqlı kökə düşməsi barədə bəzi xəbərlərin həqiqəti əks etmədiyi bildirilməklə ABŞ tərəfinin Osakadakı G-20 sammitində əldə edilmiş razılaşmaları yerinə yetirmək istiqamətində “kifayət qədər səmimiyyət” göstərərək müvafiq addımlar atacağına ümid ifadə olunur.

Qeyd olunur ki, danışıqlar üçün məkan olaraq Şanhay şəhərinin təsadüfən seçilməyib, belə ki, 1972-ci ildə ABŞ prezidenti Riçard Niksonun səfəri zamanı iki ölkə arasında 20 illik gərginliyə son qoyan məşhur Şanhay komünikesi imzalanmışdı.