XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

31 İyul 2019 - 21:13

Çinlə ABŞ arasında ticarət danışıqlarının 12-ci mərhələsi keçirilib- Şanxayda

Şanxayda Çin ilə ABŞ arasında ticarət məsələlərinə dair danışıqların 12-ci mərhələsi keçirilib.

Danışıqlarda Çin tərəfinə Dövlət Şurası sədrinin (Baş nazirin) müavini Liu Xı, Birləşmiş Ştatların nümayəndə heyətinə isə ticarət nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin rəhbərlik ediblər. Tərəflər iki ölkə arasında ticarət mövzularını müzakirə ediblər. Danışıqların sentyabrda ABŞ-da davam etdirilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, Vaşinqtonla Pekin ticarət mübahisələrinin nizamlanması üzrə bir neçə ay danışıqlar aparıb. Danışıqların 11-ci raundu mayın əvvəlində ABŞ paytaxtında baş tutub. Lakin bundan sonra ikitərəfli məsləhətləşmələr dalana dirənmişdi. ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin iyunun 28-29-da Osaka şəhərində keçirilən G20 sammitində görüşü zamanı ticarət danışıqlarının bərpa olunması qərara alınmışdı(azərtac).