XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 İyul 2019 - 21:55

Rusiyada deflyasiya qeydə alınıb- 2 illik fasilədən sonra

İyulun 23-dən 29-na qədər davam edən həftə ərzində Rusiyada qiymətlər orta hesabla 0,1% azalıb ki, bu da 2017-ci ildən bəri ilk deflyasiya halıdır.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin statistika qurumu (“Rosstat”) məlumat yayıb.

Məlumatda deyilir ki, bundan əvvəlki həftədə qiymətlər 0,1% artıb. Hazırda Rusiyada ilin əvvəlinə nisbətən inflyasiya 2,7%, illik müqayisədə isə 4,4% təşkil edir.