XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

31 İyul 2019 - 22:55

Tramp İsveçə xüsusi nümayəndə göndərib- Reper A$AP Rocky-nin müdafiəsi üçün

ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə girovların işləri üzrə xüsusi nümayəndə Robert O`Brayen dava etdiyinə görə İsveçdə saxlanılmış reper A$AP Rocky-nin işi üzrə məhkəmə dinləmələrinə qatılmaq üçün Stokholma yollanıb.

Azərtac TASS agentliyinə istinadla xəbər verir ki, işə Stokholm dairə məhkəməsində baxılır.

ABŞ-ın təmsilçisi bildirib ki, Prezident Trampın tapşırığı ilə ifaçının və saxlanılmış digər ABŞ vətəndaşlarının tezliklə vətənə qaytarılması üzərində çalışacaq.

Reper A$AP Rocky (Rakim Mayers) dava etdiyi üçün iyulun 2-də Stokholmda saxlanılıb.