XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

17 Yanvar 2016 - 06:27

Avropanın bu ölkəsi Şengenin[color=red] tətbiqini dayandırır

Avstriya hökumətinin qaçqınlarla bağlı siyasətində ciddi kurs dəyişikliyi baş verib. Bundeskansler və koalisiyalı hökumətdə təmsil olunan Sosial-Demokratlar (SPÖ) partiyasının sədri Verner Faymann ölkənin aparıcı “Österrayx” qəzetinə verdiyi müsahibədə hökumətin ölkə sərhədlərində qaçqın axını ilə əlaqədar yeni qaydalar tətbiq edəcəyini bildirib.

Avstriyanın müvəqqəti olaraq Şengen sazişinin tətbiqini dayandırdığını qeyd edən bundeskansler ölkə sərhəddini keçmək istəyən şəxslərin sənədlərinin yoxlanılacağını deyib: “Əgər Avropa İttifaqı öz xarici sərhədlərini qorumağı bacarmırsa, o zaman Şengen bütövlükdə sual altına düşür. O zaman hər bir ölkə fərdi qaydada öz milli sərhədlərinin nəzarətini həyata keçirməlidir”.

V.Faymann yeni təyin olunan Müdafiə naziri Hans Peter Doskotsil ilə qaçqın axınının daha effektli şəkildə nəzarətə götürüləcəyini qeyd edib: “Ölkəmizə gələn hər kəs ciddi şəkildə nəzarətdən keçməlidir. Əgər kimsə sığınacaq hüququna malik deyilsə və ya bizə sığınacaq üçün müraciət etmirsə, həmin şəxs ölkəni tərk etməlidir. Yalnız əsaslı sığınacaq hüququ olan və Almaniya tərəfindən qəbulu rədd edilməyən şəxslərin ölkəmizə daxil olmasına icazə veriləcək”. O, həmçinin əlavə edib ki, bütün qaçqınlar yoxlanılmalı, iqtisadi qaçqınlar geri göndərilməlidir.

Qaçqın qəbulundan imtina edən dövlətlərə maliyyə yardımlarının dayandırılmalı olduğunu vurğulayan V.Faymannın fikrincə, qaçqınlar məsələsində həmrəylik göstərməyən ölkələr maliyyə məsələlərində veto ilə barışmalıdırlar(azərtac).