XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Avqust 2019 - 11:06

Pentaqon Avropada ordu hissələri yerləşdirməyə hazırlaşır

Pentaqon böyük hərbi qüvvələrin Avropa ərazisinə tullanmasını və yerləşdirilməsini həyata keçirmək niyyətindədir.

Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət satınalmalarının rəsmi saytında dərc olnmuş məlumatlardan aydın olur ki, hazırda idarə podratçılar axtarışındadır.

İnsanların və ağır hərbi yüklərin Britaniyadan Baltikyanıya tez daşınmasını təmin etmək məqsədilə, kommersiya daşımaları üzrə kontraktların imzalanması planlanır. Sifarişlərə hərəkət marşrutları, sərhədlərin keçiləcəyi nöqtələr, gömrük məntəqələrinin keçilməsi qaydaları, əsas istiqamətlər və məsafə əlavə olunur.

Bundan başqa, sifarişdə ayrıca maddə ilə üçüncü şəxslərin ABŞ və NATO bazalarına girişinin məhdudlaşdırılması qaydası əlavə olunur. Başqa bir siyahıya isə nümayəndələrinin kontrakt əsasında işləyə bilməyəcəyi ölkələrin adları əlavə olunub.

Bundan əvvəl xəbər verilib ki, artıq Pentaqona Fars körfəzi müharibəsinin veteranı Mark Esper başçılıq edir. /Azpolitika.info