Türkiyənin Çankırı bölgəsində corab fabrikində qaz sızmasından zəhərlənmə olub.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəhərlənmənin təsirindən huşunu itirən 100 işçi dərhal xəstəxanaya yerləşdirilib. Onlardan 15-nin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları gəlib, təhqiqat başladılıb.