XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

01 Avqust 2019 - 18:21

Kelli Kraft ABŞ-ın BMT-dəki yeni daimi nümayəndəsi olacaq- FOTO

Çərşənbə günü ABŞ Senatı Kelli Nayt Kraftı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təsdiq edib. Bundan əvvəl Kraft ABŞ-ın Kanadada səfiri olub.

Azərtac Amerika KİV-lərinə istinadla xəbər verir ki, Kraftın bu vəzifəyə namizədliyini Senatda çoxluq təşkil edən respublikaçıların lideri Mitç MakKonner tövsiyə edib.

Xatırladaq ki, 2017-ci ildən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsini Nikki Heyli tuturdu. 2018-ci ilin oktyabrında Heyli dekabr ayında bu vəzifədən gedəcəyini elan edib. O vaxtdan bu yer vakansiya kimi qalırdı. Tramp həmin vəzifəyə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauertin namizədliyi irəli sürmək niyyətində olduğunu bildirib, lakin Nauert bu təklifdən imtina edib.