XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

02 Avqust 2019 - 09:00

Trampdan KXDR-in yeni raket atışlarına münasibət:"Bir çox başqa ölkələr də bu cür raketləri sınaqdan keçirir"

ABŞ prezidenti Donald Tramp rəsmi Pxenyanın yeni raket atışlarına baxmayaraq, Şimali Koreya lideri Kim Çen Inla danışıqlarda belə bir problem yaşanmadığını söyləyib.

ABŞ lideri bu barədə cümə axşamı Ağ Evdə jurnalistlərlə söhbət zamanı deyib.

Tramp qeyd edib ki, əlbətdə ki, bunlar qısamənzilli raketlər olduğuna görə biz bunu heç müzakirə etmədik, ancaq nüvə proqramını müzakirə etdik.

Prezident KXDR-ın yeni raket atışlarını həyata keçirdikdən sonra Pxenyanla əlaqələrin mümkün olub-olmadığı sualına belə cavab verib: “Bir çox başqa ölkələr də bu cür raketləri sınaqdan keçirir”.

Tram bir daha KXDR-in yeni raket atışlarından narahat olmadığını söyləyib. /APA