XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

17 Yanvar 2016 - 12:49

Norveç İŞİD-i vurmaq üçün qırıcılar göndərməkdən [color=red]imtina etdi

Norveç hökuməti ABŞ və Fransanın İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatında iştirak etmək üçün hərbi təyyarələr ayırmaq çağırışını qəbul etmək niyyətində deyil.

Bu barədə Norveçin Müdafiə naziri İne Eriksen Söreyde yerli KİV-lərə müsahibəsində bildirib. O deyib: “Burada dramatik heç nə yoxdur. Bizim qərarı həm ABŞ-da, həm də Fransada yaxşı başa düşürlər. Onlar müvafiq sorğuları göndərməzdən əvvəl bizim qırıcılarımızı göndərməməyimizin səbəblərini nəzərə alıblar”.

İne Eriksen Söreyde vurğulayıb ki, ölkənin köhnəlmiş hərbi aviaparkının qarşılaşdığı problemlər həm amerikalılara, həm də fransızlara yaxşı məlumdur. Onlar həmçinin qeyd ediblər ki, ölkənin şimal sərhədlərində hazırlığın dəstəklənməsi Norveç təyyarələrinin prioritet vəzifələrindəndir.

Hazırda Skandinaviya krallığı İŞİD-ə qarşı mübarizədəki töhfəsini Bağdad və Ərbildə İraq hərbi qulluqçularına və kürd hərbi birləşmələrinə təlim keçməklə məhdudlaşdırır. Norveçin bu istiqamətdə rolunu genişləndirəcəyi gözlənilir.

Xatırladaq ki, Norveç hərbi sahədə böyük islahatlar astanasındadır. İslahatlar çərçivəsində ölkənin HHQ-nin aviasiya parkının əsaslı yenilənməsi və güclənməsi gözlənilir(azərtac).