XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

17 Yanvar 2016 - 13:37

Obama illərdir bunları [color=red]cibində gəzdirir

ABŞ prezidenti Barak Obama son müsahibələrinin birində maraqlı fakt açıqlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Obama müsahibə zamanı cibindən Roma Papası Fransiskin ona verdiyi təsbehi, buddist bir rahibin verdiyi balaca buddanı, hindu inancında tanrı hesab olunan Hanumanın heykəlini və bir xaç çıxarıb.

Obama bildirib ki, prezident seçiləndən bəri bu əşyalardan bəzilərini cibindən kənara qoymur və özü ilə gəzdirir.

Əşyalar arasında heç bir metafiziki əlaqənin olmadığını deyən Obama yorulanda və özünü pis hiss edəndə onlardan güc aldığını bildirib.