ABŞ prezidenti Donald Tramp silahlara nəzarətdə keçmiş ikitərəfli razılaşmalara aid olmayan “yeni dövr”ün başlamasına dair administrasiyaya göstəriş verib.
Bu barədə ABŞ Dövlət Departamentinin saytında yayılan bəyanatda bildirilib.
“Yaranmış fürsətdən istifadə edərək Çin və Rusiyanı ölkəmiz və bütün dünya üçün həqiqi təhlükəsizliyi naminə bizə qoşulmağa çağırırıq”, – deyə bəyanatda qeyd olunur.
Qeyd edək ki, ABŞ-ın orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən çıxması prosesi bu gün başa çatır.
Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi üzrə müqavilə 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanıb.
2018-ci ilin oktyabrında ABŞ prezidenti Donald Tramp Vaşinqtonun bu razılaşmadan geri çəkildiyini bildirib. /APA