XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

02 Avqust 2019 - 21:21

Pompeo:"Sanksiyalar nəticəsində İranın neft ixracı azalıb"

Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Banqkokda keçirilən Cənub-Şərqi Dövlətlər Assosiasiyasının (ASEAN) üzvü olan ölkələrin Xarici İşlər nazirlərinin illik 52-ci sammitində bildirib ki, Vaşinqtonun tətbiq etdiyi sanksiyalar nəticəsində iyun və iyul aylarında İran neftinin gündəlik ixracı 500 min barreldən də aşağı düşüb. Onun sözlərinə görə, bu, Ağ evin Tehranla bağlı siyasətinin səmərəli olduğunu göstərir.

Azərtac Reuters agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın dövlət katibi deyib: “Sanksiyaların tətbiq olunmasına qədər İran gündəlik 2,7 milyon barrel xam neft ixrac edirdi. İyun və iyul aylarında isə bu göstərici 500 min barreldən də az olub”. Onun sözlərinə görə, ABŞ bundan sonra da İrana qarşı sanksiya rejimini pozan şirkətlərə və dövlətlərə qarşı məhdudiyyətlər tətbiq edəcək.

Qeyd edək ki, Vaşinqton bu günlərdə İran neftini alan Çinin Zhuhai Zhenrong şirkəti və onun rəhbərinə qarşı sanksiya tətbiq edib.

Beynəlxalq Energetika Agentliyinin statistik rəqəmlərinə görə, 2019-cu ilin mayında İranda neft hasilatı 1980-ci illərin minimal səviyyəsinə enib.