XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

03 Avqust 2019 - 10:22

İndoneziyada güclü zəlzələ olub:ölü və yaralılar var

İndoneziyada baş verən zəlzələ nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə “Straits Times” qəzeti bildirib.

Məlumata əsasən, bir nəfər Lebak dairəsində həlak olub, dördü isə Yava adasındakı Pandeqlanq və Sukabumi dairələrində yaralanıb.

Bildirilir ki, Banten və Qərbi Yava vilayətlərində 113 bina dağılıb.

Qeyd edək ki, öncə Avropa-Aralıq dənizi Seysmoloji mərkəzinin verdiyi xəbərə əsasən, İndoneziyanın Sumatra adası sahillərində 7,1 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Pandeqlanq yaşayış məntəqəsindən 250 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Daha sonra Mərkəz zəlzələnin maqnitudasını 6,8-ə qədər azaldıb.