XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 August 2019 - 11:15

ABŞ və Taliban hərəkatı arasında danışıqların 8-ci raundu keçiriləcək- Bu gün

Bu gün ABŞ və Taliban hərəkatı arasında danışıqların 8-ci raundu keçiriləcək.

APA “Reuters” agentliyinə istinadən xəbər verir ki, danışıqların 8-ci raundu Qətərin paytaxtı Doha şəhərində baş tutacaq.

Agentliyin məlumatına görə, bu, Əfqanıstanda müharibənin dayandırılması üçün ən vacib raund hesab edilir.

ABŞ və Taliban arasında danışıqların 7-ci raundu zamanı tərəflər müzakirə edilən bir çox məsələ üzrə razılığa gəlib, geridə qalan məsələlər isə bugünkü raundda müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, ABŞ Taliban hərəkatı ilə Əfqanıstanda vəziyyətin həlli və öz ordusunun ölkədən çıxarılması ilə bağlı danışıqlar aparır. Əfqanıstan hökuməti danışıqlara dəvət edilməyib.